“Zirvə Görüşünün Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edən siyasi hadisədir”

28 Oktyabr 2019 16:36 (UTC+04:00)

“Qoşulmama Hərəkatının növbəti XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və region üçün olduqca böyük əhəmiyyət kəsb edən siyasi bir hadisədir. Bu, ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən -günə artığınının göstəricisidir. Qoşulmama Hərəkatının Azərbaycan üçün əhəmiyyətini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmiz tərəfindən aparılan xarici siyasətin prinsipləri ilə uyğunluğudur”.

Bunu millət vəkili Rauf Əliyev deyib. O bildirib ki, Qoşulmama Hərəkatı dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirərək, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını həmişə yüksək səviyydə dəstəkləyib: “Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları tərəfindən Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın bu təşkilata 3 il müddətinə sədr seçilməsi cənab Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş, müdrik və uzaqgörən siyasətinin uğuru və dünyada ona və Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədirliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”. Azərbaycanın 2019-2022-ci illərdə hərəkata sədrlik etməsi ölkəmizin qlobal proseslərdəki rolunu və əhəmiyyətini daha da artıracaq, iqtisadi inkişafımıza öz töhfəsini verəcək, qeyri- neft sektorunun daha da inkişaf etməsinə və ixrac potensialımızın artmasına geniş şərait yaradacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, uğurlu siyasət nəticəsində artıq Azərbaycan dünya siyasətinin və gündəminin müəyyənləşdiriməsində mühüm rol oynayan beynəlxalq platformaya çevrilib. Bu, Azərbaycanın Beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan və əldə olunan böyük uğurlardan xəbər verir”. (Hafta.az)

AzNews.az