408 min dollara satılan gitara

19 May 2013 11:50 (UTC+04:00)
"The Beatles" britaniya qrupunun iştirakçıları Con Lennonun və Corc Harrisonun istifadəsində olan gitara Nyu-Yorkda Sothebys hərracında 408 min ABŞ dollarına satılıb. Bu barədə Trend bazar günü xarici KIV-lərə istinadən məlumat verir.

Hərracın təşkilatçıları lotun 200-300 min ABŞ dollarına satılmasını güman ediblər.

Gitaranın alıcısının adı açıqlanmır.

Qeyd edək ki, məhz Lennon bu alətdə "Hello, Goodbye" mahnısına çəkilmiş klipdə, Harrison isə həmin gitarada "I Am The Walrus" mahnısını ifa ediblər.

AzNews.az