Tanınmış Baş rejissora mükafat verildi

29 Oktyabr 2019 09:55 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrının Baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov mükafata layiq görülüb.

AzNews.az xəbər verir ki, rejissor dahi dramaturq Çəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar quruluş verdiyi “Ulduz yoxsa Ədirnə fəthi” tamaşasına görə mükafatlandırılıb.

O, ən yaxşı rejissor işinə görə “Cəfər Cabbarlı mükafatı” ilə təltif olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az