Bu gün Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlının doğum günüdür.
78 yaşlı sənətkar AzNews.az-a arzularını açıqlayıb:
“Bu yaxınlarda "Asan Xidmət"in bir qolu olan Ahıl Könüllülərin - "Üçüncü bahar"ı ilə birlikdə N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında "Sıqorta əhvalatı" tamaşasını hazırladım.
Tamaşa teatrsevərlər tərəfindən uğurla qarşılandı. Bu gün həmin iştirakçılar məni görüşə dəvət ediblər. Əvvəl onlarla görüşəcəyəm. Axşam isə ailəmlə birlikdə doğum günümü qeyd edəcəyəm.
Arzum budur ki, xalqımın rifahı daha yaxşı olsun, Qarabaq məsələsi nəhayət ki, həll olunsun, torpaqlarımız qaytarılsın”
Bahar RÜSTƏMLİ
AzNews.az