Qəbələdə dəhşətli qəza - Meyiti maşından güclə çıxardılar

30 Oktyabr 2019 09:49 (UTC+04:00)

Qəbələ rayonunda avtomobil qəzaya uğrayıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Mirzəbəyli kəndində “VАZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin köməkliyi nəticəsində 2 nəfərin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az