Yunanıstanın Baş naziri Azərbaycanda

19 May 2013 14:57 (UTC+04:00)
Yunanıstanın Baş naziri Antonis Samaras mayın 19-da Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Yunanıstan Respublikasının Baş nazirini Azərbaycan Respublikasının sənaye və energetika naziri, Azərbaycan- Yunanıstan hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Antonis Samaras və Natiq Əliyev arasında qısa protokol söhbəti olub.

AzNews.az