Azərbaycanlı iş adamı Rusiyada biznesini böyüdür
19 May 2013 15:01 (UTC+04:00)
Musavat.com-un əldə etdiyi məlumata görə, tanınmış həmyerlimiz, professor, iş adamı İlham Rəhimov ortaqları ilə birgə Moskvada yerləşən və Avropanın ən böyük sərnişin daşımasını həyata keçirən avtovağzalı satın alıb. Layihənin hansı məbləğə alındığı hələlik məlum deyil. İş adamı xaricdə olduğundan məsələ ilə bağlı əlavə detalları onunla dəqiqləşdirmək mümkün olmayıb.
AzNews.az