Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçildi

30 Oktyabr 2019 13:46 (UTC+04:00)

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.

Əvvəlcə ABİ-nin 21 nəfərlik yeni İdarə Heyəti seçilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.

Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.

F.Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.