Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Esmira adlı azərbaycanlı qadın “Instagram” səhifəsində foto paylaşaraq, keçmişi ilə bağlı məlumat yayıb.
AzNews.az xəbər verir ki, o, heç zaman rəqqas olduğunu gizlətməyib:
“Bəli, mən əvvəllər turbalarda, qəfəslərdə, səhnədə danscılıq etmişəm və heç bir zaman danscı olduğumu gizlətməmişəm.
Həm xaricdə, həm də Bakıda işləmişəm. Amma sadəcə danscı olaraq, başqa şey yox. Əziyyətimlə, tər tökərək.
Hal-hazırda efirlərdə belə rəqqasələr, danscılar çıxış edir, açıq-saçıq geyimdə. Bunda eyib, əxlaqsız bir şey yoxdur", - deyə fotoya başlıq yazıb.
AzNews.az