Buna görə sarımsağın dadını belə unutmuşam - 60 yaşlı aktrisa öpüşmə səhnələrindən danışdı

31 Oktyabr 2019 13:18 (UTC+04:00)

Türkiyənin “Kanal D” telekanalında yayımlanan "Balçiçek ile Dr. Cankurtaran" verilişinin qonağı məhşur aktrisa Demet Akbağ olub.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Demet Akbağ sənət dostu Kerem Bürsinin verdiyi bir video reportajdakı “Sarımsaq, soğan yeyib öpüşmə səhnəsinə çəkilmək” xatirələrindən danışıb.

Aktrisa: "O tip qoxan meyvə, tərəvəz yeyib kulisə girmək olmaz, qoxu izləyiciyə təsir edə bilər. Buna görə sarımsağın dadını belə unutmuşam. Düzü, bu günə kimi hər hansı bir öpüşmə səhnəm olmayıb”, - deyib.

Səidə Vahid

AzNews.az