Rusiya çempionatında əlbəyaxa dava - VİDEO

19 May 2013 20:38 (UTC+04:00)
Rusiya futbol çempionatının 29-cu turunun Vladiqavqazda keçirilən "Alaniya"-"Dinamo" matçında dava düşüb.


Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu oyunda Moskva klubu çempionatın autsayderinə minimal hesabla məğlub olub.

Oyunun sonu iki komandanın oyunçularının davası ilə yadda qalıb. Nəticədə Danilo Neko, Georgi Çanturiya, Balaj Cucak və Aleksandr Kokorin meydan uzaqlaşdırıblar.

Bundan başqa, Soslan Canayev, Anton Şunin və Kevin Kuranyiyə xəbərdarlıq edilib.

AzNews.az