Filippinin şimalında yük maşınının dərəyə düşməsi nəticəsində azı 19 nəfər ölüb, 20 nəfərdən çox insan yaralanıb. Bu barədə “Inquirer” qəzeti məlumat yayıb.
RİA Novosti agentliyinə istinadla xəbər verilir ki, hadisə Apayao əyalətində baş verib.
Yük maşınındakı insanların əksəriyyəti yaşlı olub.
Yerli yollar və ictimai işlər departamentinin nümayəndəsi bildirib ki, sürücü əyləcin nasazlığı səbəbindən idarəetməni itirib.
Yük maşını dərəyə düşməzdən əvvəl çevrilib.
AzNews.az