Müsavat Partiyasının müxtəlif partiya rəhbərləri və siyasi qüvvələrlə əməkdaşlıq barədə irəli sürdüyü dəyirmi masanın günü bəlli oldu.
AzNews.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib. O bildirib ki, dəyirmi masa noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçiriləcək.
Arif Hacılı qeyd edib ki, bu görüşün məqsədi ölkədə mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaqdır: "Mümkün olarsa, bəzi razılaşmalar da öz təsdiqini tapacaq".
Görüşdə iştirak edəcək siyasilərin adları mətbuata açıqlanıb.
AzNews.az-a daxil olan məlumata görə, həmin şəxslərdən ikisi - AXCP-nin sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli görüşdə iştirak etməyəcək.
Bahar RÜSTƏMLİ
AzNews.az