Bağdadinin ölümü: Rusiya məlumatı təkzib etdi

1 Noyabr 2019 16:22 (UTC+04:00)

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ Xüsusi Qüvvələrinin reydi zamanı öldürüldüyünü sübut edən genetik material yoxdur.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

"Bunu 100% əminliklə deməyimizə imkan verəcək heç bir genetik material yoxdur”.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ prezidenti Donald Tramp əl-Bağdadi Suriya İdlib şəhərində keçirilən xüsusi əməliyyat zamanı intihar etdiyini elan edib. O, Rusiya, İraq, Suriya və Türkiyəyə göstərdiyi köməyə görə minnətdarlığını ifadə etmişdi.

Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi əl-Bağdadinin vəfatı barədə dəqiq məlumata malik olmadığını bəyan edib. Beynəlxalq ictimaiyyət əl-Bağdadinin ölümünün vacib, lakin həlledici olmadığını bildirib və terrorizmlə mübarizəni davam etməyə çağırıb.

Pentaqonun Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi bildirib ki, DNT analizinin nəticələri Birləşmiş Ştatların xüsusi əməliyyatı zamanı öldürülmüş şəxsin məhz İŞİD lideri Əbu Bəkr Əl Bağdadidi olduğunu təsdiq edib.

Pərvanə

AzNews.az