Rusiyada keçmiş merin güllələndiyi anın VİDEOsu

1 Noyabr 2019 17:03 (UTC+04:00)

Rusiyanın Kemerovo vilayətinin Kisilyovsk şəhərinin eks-meri Sergey Lavrentyevin güllələndiyi anın görüntüləri yayılıb.

“REN TV”yə istinadən verilən xəbərə görə, hadisə 1 noyabr gecə saatlarında baş verib.

Təhlükəsizlik kameralarına düşən görüntülərdə bir neçə silahlı şəxsin sabiq merin Verx-Çumış qəsəbəsində yerləşən şəxsi evinin ərazisinə girdikləri görünür.

Onları məmurun həyat yoldaşı görüb və bu barədə ərinə bildirib. Lavrentev isə ov tüfəngini götürərək həyətə çıxıb və nəticədə atışma olub.

Eks-mer ölümcül yaralanıb, lakin ölümündən əvvəl cinayətkarlardan birini yaralaya bilib. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, Sergey Lavrentyev 16 il Kisilyovskun meri olub. O, postu öz istəyi ilə 2018-ci ildə tərk edib. (Qafqazinfo)



AzNews.az