Qondarma Qarabağ bələdiyyələrinə “yox” deyildi

20 May 2013 08:46 (UTC+04:00)


Hətta bu bələdiyyələr üzv olmaq üçün bir neçə beynəlxalq quruma müraciət də göndəriblər.

Qondarma "Dağlıq Qarabağ respublikası"nın bəllədiyyələrinin müraciət etdiyi qurumlardan biri də -Assembly of European Regions -Avropa Bələdiyyələr Assambleyası olub.

Qurumun sabiq vitse-prezidenti Hande Bozatlının Modern.az saytına bildirdiyinə görə, separatçı rejimin yaratdığı qondarma erməni bələdiyyələri bu təşkilatın bütün tədbirlərinə qatılır, hər vəhclə AER-in üzvü olmağa çalışırlar.

Onu da bildirək ki, AER nüfuzlu təşkilatdır və Ermənistan, Gürcüstan, Rusiya
da daxil olmaqla dünyanın 20-dən çox ölkəsinin bələdiyyələri bu qurumun üzvüdür.

Hande xanımın dediyinə görə, vitse-prezident olduğu dövrdə Qarabağda məskunlaşdırılan ermənilərin yatardıqları bələdiyyələrin AER-ə üzv olmaq ideyası iflasa uğrayıb.
Hande Bozatlı saytımıza bildirib ki, hətta qurumun üzvlərindən bir çoxu buna dəstək verib:

"Ancaq mən qəti olaraq bunun əleyhinə çıxdım. Əsas isə onu gətirdim ki, Qarabağ adında dövlət yoxdur. Azərbaycanın işğal edilmiş ərazisində yaradılan qondarma bir qurumu təşkilata üzv etməklə nüfuzumuza böyük zərbə vurmuş olacağıq. Bundan sonar fikrim dəstəkləndi".

Xanım Hande indinin özündə də Qarabağda məskunlaşdırılan ermənilərin bələdiyyələrinin bu quruma üzv olması üçün ciddi cəhdlər göstərdiklərini bildirib.
"Ancaq nə qədər ki, mən oradayam, bu, mümkün olmayacaq"-deyə o fikrini tamamlayıb.

AzNews.az