Rusiyada tanker partlayıb, ölənlər var

2 Noyabr 2019 10:05 (UTC+04:00)

Rusiyada Naxodka dəniz limanında "Amerika körfəzi" tankerində partlayış baş verib.

"İnterfaks"a istinadən xəbər verilir ki, yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb.

Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir.

Gəmidə yanğın olmayıb. Faktla bağlı cinayət işi açılıb. (Report)

AzNews.az