İranın hava yolları şirkətinə sanksiya tətbiq edilib

2 Noyabr 2019 10:40 (UTC+04:00)

İtaliya hökuməti İranın “Mahan Air” hava yolları şirkətinə məxsus təyyarələrin ölkənin hava limanına enişini qadağan edib.

Bildirilib ki, buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilib.

Qeyd edək ki, Almaniya və Fransa hökumətləri də İranın bu şirkətinə qadağa qoyub. (Report)

AzNews.az