İran: "ABŞ-ı siyasi nüfuzdan salmağın yolu..."

3 Noyabr 2019 15:29 (UTC+04:00)

"ABŞ-ı siyasi nüfuzdan salmağın yollarından biri onunla istənilən danışıqları qadağan etməkdir".

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xamenei deyib.

O, ABŞ-ın Tehrandakı səfirliyinin mühasirəyə alınmasının 40-cı ildönümünə bir gün qalmış iki ölkəni barışmaz düşmən adlandırıb.

"Bu o deməkdir ki, İran Amerikanın təzyiqlərinə boyun əyməyəcək. Düşmənlə danışıqların problemlərimizi həll edəcəyinə inananlar 100% yanılırlar".

Qeyd edək ki, 1979-cu ildə baş verən İran İslam İnqilabından az sonra ABŞ-ın Tehrandakı səfirliyinin mühasirəyə alınmasının ildönümü bütün ölkə ərazisində "Amerikaya ölüm" şüarları səsləndirilən nümayişlərlə qeyd olunur.

Səfirliyin ələ keçirilməsi iki ölkə arasındakı düşmənçiliyi daha da möhkəmləndirib. Amerikanı devrilmiş şahın qəddar siyasətini dəstəkləməkdə ittiham edən İran 52 ABŞ vətəndaşını 444 gün ərzində səfirlikdə əsir saxlayıb.

Pərvanə

AzNews.az