Xamanei Makrona lağ etdi: "Fransa prezidenti ya safdır, ya da..."

3 Noyabr 2019 16:32 (UTC+04:00)

İranın ali lideri ABŞ-la aralarındaki danışıqların irəliləməsinə cəhd etdiyi üçün Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, Ayətullah Əli Xamenei İranın dövlət televiziyasına açıqlama verib.

"Görüşün Tehran və Amerika arasında olan bütün problemlərə son qoyacağını deyən Fransa prezidenti ya safdır, ya da ABŞ-la ortaqdır", - deyə ali lider bildirib.

Xatırladaq ki, Emmanuel Makron BMT Baş Assambleyasının iclasında Fransa, İran və ABŞ Prezidentləri arasında üçtərəfli telefon danışığının baş tutmasına çalışıb. Lakin Həsən Ruhani Trampdan gələn telefon zənginə cavab verməyib.

Pərvanə

AzNews.az