Motosikletlə avtomobil toqquşdu, xəsarət alan var

3 Noyabr 2019 18:52 (UTC+04:00)

Goranboy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Hadisə Xanqərvəndkənd yolunda qeydə alınıb.

Hərəkətdə olan "Nissan" markalı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletdə olan 1978-ci il təvəllüdlü Aftandil Teymurov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az