Ağdam rayonunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.
Rayon sakininin (şəxsiyyəti müəyyənləşdirilir-red) sürdüyü at arabası aşıb.
Nəticədə arabanı idarə edən şəxs ağır xəsarətlər alaraq ölüb. Onun meyiti Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Report)
AzNews.az