Bakı metropolitenində "Həzi Aslanov"dan "İçərişəhər" metrostansiyası xəttində hərəkət edən qatarın qapısında texniki problem yaranıb.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, yaranan problem maşinist tərəfindən aradan qaldırılıb, qatar marşrutu üzrə hərəkətini davam etdirib.
Yaranmış nasazlıqla əlaqədar intervalda 5 dəqiqəyə qədər ləngimə müşahidə edilib.
AzNews.az