Məleykə Abbaszadə Sabirabadda vətəndaşlarla görüşəcək

4 Noyabr 2019 10:54 (UTC+04:00)

Sabirabad şəhərində keçiriləcək qəbulda Şirvan, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər

AzNews.az xəbər verir ki, qəbul 8 noyabr 2019-cu il tarixində saat 11.00-da Sabirabad şəhəri, Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-nın Şirvan regional bölməsinə (əlaqə tel.: (021)215-15-23) müraciət etmələri xahiş olunur.

Bundan əlavə Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon Təhsil şöbələrində 4-7 noyabr tarixlərində saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Səidə Vahid

AzNews.az