Nazir yeni rəis təyin etdi

4 Noyabr 2019 11:01 (UTC+04:00)

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Mirəziz Mirqasım oğlu Mirəliyev Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi təyin olunub.

Bu barədə DİN-dən məlumat verilib.

Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102" Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir. (Unikal.org)