Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi - FOTO

4 Noyabr 2019 15:26 (UTC+04:00)

Rusiyanın Murmansk şəhərində Murmansk regional ictimai təşkilatlarının təşkilatçılığı ilə "Etnomurman" gənclər forumu keçirilib.

Bu məlumatı AzNews.az-a açıqlamasında jurnalist Elnur Eltürk bildirib.

Onun sözlərinə görə, forumda Murmanskda fəaliyyət göstrərən Azərbaycan Mədəniyyəti Mərkəzi Rusiya Azərbaycanlı Gənclər Birliyi ilə birgə iştirak edib.

Forum çərçivəsində Murmansk Azərbaycan Mədəniyyəti Mərkəzi təşkil edilən Azərbaycan stendini və milli yeməklərimizin təamlarını iştirakçılara təqdim ediblər.

Murmansk Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Afil Hüseynov bu tədbirlərin ölkəmizin təbliğatı üçün yaxşı vasitə olduğunu qeyd edib.

Mərkəzin sədr müavini Hüseynəli Hüseynov bundan sonra belə tədbirlərdə fəal iştirak edəcəklərini bildirib.

Murmansk vilayətinin qubernatorunun müavini Roman Dyuryagin və Murmansk vilayətinin daxili siyasət və rabitə nazirinin müavini Andrey Saxarov forum iştirakçıları arasında olub.

AzNews.az