Aynur Dadaşova boşandığı ərindən danışdı - O insana...

4 Noyabr 2019 16:22 (UTC+04:00)

"O insana salam verməyə də dəyməzdi".

Bu sözləri müğənni Aynur Dadaşova 18 illik həyat yoldaşı barəsində söyləyib.

Bir müddət əvvəl boşanan ifaçı "Ay Zaur" proqramında bu evliliyə çox peşman olduğunu deyib:

"Düzdür, uşaqlarıma görə şükür edirəm, amma dəyməzdi".

Aynur Dadaşova uşaqlarının atasına çox hörmət etdiyini, qulluğunda durduğunu, lakin bütün bunlara baxmayaraq qarşı tərəf üçün dəyərsiz olduğunu etiraf edib.

Qeyd edək ki, Aynur Dadaşova ailə həyatı qurduqdan sonra sənətdən və səhnədən təmamilə uzaqlaşmışdı. İfaçı ailəli olarkən həmkarları və media nümayəndələri ilə ünsüyyətdən qaçırdı. (BAKU.WS)

AzNews.az