Bezdim daha, Allaha tapşırıram! - İmamoğludan nazirə sərt cavab

4 Noyabr 2019 18:07 (UTC+04:00)

"Mən Strasburqda Türkiyə barədən necə danışdığımı bilirəm".

AzNews.az xəbər verir ki, bunları İstanbul Böyükşəhər bələdiyyə sədri Əkrəm İmamoğlu Türkiyə daxili işlər naziri Süleyman Soylunun sözlərinə cavab olaraq deyib.

Ə. İmamoğlu Strasburqda Türkiyəni yaxşı formada müdafiə etdiyini bildirib.

“Mən bir sözə baxaram, bir də onu deyən adama. Səviyyəsinə enməyəcəyim bir mövzudur. Seçki müddətində də səviyyəsinə enməyəcəyimi dəfələrlə demişdim.

Yenə mən onu dövlət adamı olmağa dəvət edirəm. Bəsdir! Bezdim daha! Mən Strasburqda Türkiyə barədə necə danışdığımı bilirəm. Hamısı “YouTube”da var. Qaçqın problemi barədə onların deyə bilməyəcəyi formada Avropanın Türkiyəni necə tək qoyduğundan danışdım.

Bu mövzuda mənim milliyətçiliyimi, mənim milli duyğularımı tənqid edəcək vəzifəsi qalsın qırağa, bir Allah qulu yoxdur. Mənim heç kimi sorğulamadığım kimi o da edə bilməz. Onsuz da onu Allaha tapşırıram”.

Xatırladaq ki, daxili işlər naziri Süleyman Soylu adını çəkmədən Əkrəm İmamoğlu barədə axmaq demişdi.

Pərvanə

AzNews.az