Bu gün Bağdadda keçirilən kütləvi etiraz aksiyası zamanı polis nümayişçilərə atəş açıb.
“Reuters” xəbər verir ki, paytaxtın Ər-Rəşidiyyə rayonunda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində azı 5 etirazçı ölüb.
Təhlükəsizlik və səhiyyə mənbələri isə 1 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını bildirib.
Qeyd edək ki, oktyabrın əvvəllərindən İraqın müxtəlif şəhərlərində keçirilən kütləvi nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin gördüyü sərt tədbirlər nəticəsində 250 nəfərdən çox etirazçı ölüb.(report.az)
AzNews.az