Yerevanda xəstəxanadan xeyli insan sümüyü və kəllələr tapıldı

4 Noyabr 2019 19:53 (UTC+04:00)

Bu gün Yerevanda Mikayelyan adına Cərrahiyyə İnstitutunda təmir zamanı xeyli sayda insan sümüyü və kəlləsi tapılıb.

Bu barədə “Sputnik Ermənistan”a xəstəxananın direktoru Eduard Barseqyan bildirib. Onun sözlərinə görə, xəstəxana tikilənədək həmin ərazidə qədim qəbiristanlıq olub. İnsan qalıqlarının mənşəyini müəyyən etmək üçün sümüklər və kəllələr məhkəmə tibbi ekspertizasına göndərilib.

Qeyd edək ki, sümüklər təmir prosesinin ən axırıncı mərhələsində - kabellərin yoxlanılması zamanı tapılıb.(qafqazinfo.az)

AzNews.az