Türkiyədə turistləri daşıyan hava balonları toqquşdu - FACİƏ
20 May 2013 10:51 (UTC+04:00)
Türkiyənin Kapadokya vilayətində Turistləri daşıyan iki isti hava balonu 300 metr yüksəklikdə toqquşub. Qəzada təxminən 25 turistin olduğu balonlardan biri yerə düşüb. Nəticəsində 1 turist ölüb, çoxlu sayda turist yaralanıb.
Hadisə bu gün yerli vaxtla saat 06.00 baş verib. Bölgəyə çoxlu sayda ambulans cəlb edilib.
Elman
AzNews.az