Britaniya parlamentinin İcmalar Palatasına yeni spiker seçildi

5 Noyabr 2019 08:27 (UTC+04:00)

Ser Lindsi Hoyl Britaniya parlamentinnin İcmalar Palatasının spikeri seçilib.

Leyboristlər Partiyasının üzvü olan Hoyl keçirilən səsvermənin son turunda 325 səs toplayaraq Kris Branta qalib gəlib. Yeni spiker bitərəf olacağına söz verib.

Xatırladaq ki, sabiq spiker Con Berkou 10 il İcmalar Palatasına rəhbərlik edib.

AzNews.az