Rostovdan Bakıya gələn mikroavtobus qəzaya düşdü: 8 yaralı var - YENİLƏNİB

5 Noyabr 2019 11:29 (UTC+04:00)

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində yaralananların sayı artıb.

Bununla bağlı regionun Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı səkkiz Azərbaycan vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Ümumilikdə mikroavtobusda doqquz nəfər olub.

00:50

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb.

Hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

AzNews.az