İrəvanda rüşvətə görə 2 polis tutuldu

5 Noyabr 2019 11:43 (UTC+04:00)

Ermənistanın paytaxtında rüşvət almaqda şübhəli bilinən iki polis əməkdaşı tutulub.

Bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarına Erebuni polis şöbəsinə iki inspektorun vətəndaşın xeyrinə məsələ həll etmək üçün ondan 200 dollar tələb etdiyi barədə məlumat daxil olub.

Danışıqlardan sonra tərəflər 50 min dram (100 dollardan bir qədər çox) məbləğə razı olublar.

Noyabrın 4-də polislərdən biri rüşvət alarkən cinayət başında yaxalanıb. Rüşvət tələb edən digər polis də saxlanılıb. (Oxu.az)

AzNews.az