Nazirlik faktiki havanı açıqladı

5 Noyabr 2019 12:29 (UTC+04:00)

Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq.

Qərb küləyi üstünlük təşkil edəcək.

AzNews.az