Elman Rüstəmov manatın gələcək məzənnəsinə aydınlıq gətirdi

5 Noyabr 2019 14:29 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2020-ci ildə manatın məzənnəsinə aydınlıq gətirib.

E.Rüstəmov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, 2020-ci ildə qarşımızda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.

O qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq:

“Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir”.

AzNews.az