Putin Britaniyaya yeni səfir göndərir

5 Noyabr 2019 19:20 (UTC+04:00)

Prezidentin sərəncamı ilə Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Andrey Kelin bu posta təyin olunub.

Andrey Kelin 2015-ci ildən Rusiya XIN-in Avropa ilə Əməkdaşlıq Departamentinin direktoru vəzifəsində çalışıb. O, 2011-2015-ci illərdə Rusiya Federasiyasının Vyanadakı ATƏT yanında Daimi Nümayəndəliyin rəhbəri olub.

Qeyd edək ki, 2011-ci ildən Rusiyanın Böyük Britaniyada səfiri olan Aleksandr Yakovenko bu il vəzifəsindən azad edilib.(apa.az)

AzNews.az