Minik maşını avtobusa çırpıldı - Yaralılar var

5 Noyabr 2019 22:55 (UTC+04:00)

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.

“Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı bir nəfərin - 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az