Suriya ordusu neft yataqlarını nəzarətə götürdü

6 Noyabr 2019 00:00 (UTC+04:00)

Suriyanın hökumət ordusu illər sonra ilk dəfə ölkənin şimal-şərqindəki neft yataqlarına nəzarəti ələ alıb.

“Sham FM” xəbər verir ki, ordu Rumeylan şəhərinin ətrafındakı yataqlara nəzarət edəcək. Daha əvvəl Pentaqon rəhbəri Mark Esmer açıqlamasında ABŞ-ın Suriyanın İŞİD-dən azad olunmuş ərazilərindəki neft yataqlarını qoruyacağını bildirmişdi.

Onun sözlərinə görə, amerikalı əsgərlər ora nə Rusiya, nə Suriya ordusunu buraxmaq niyyətindədir.(qafqazinfo.az)

AzNews.az