Oqtay Gülalıyevin oğlundan qorxunc açıqlama: Atamın həyatda qalma şansı azdır

6 Noyabr 2019 09:58 (UTC+04:00)

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Türkiyənin İstanbul şəhərindəki Avrasiya Hospitalında müalicə olunacaq.

AzNews.az xəbər verir ki, bu barədə oğlu Təbriz Gülalıyev məlumat verib.

O qeyd edib ki, atasının həyatda qalma şansı 20%-dir:

“Bunu Türkiyədən gələn həkimlər bildirib. Və deyiblər ki, indiki durumda aparılmasında maneçilik olmasa da, həyatda qalması ilə bağlı konkret söz deyə bilmərik... Təəssüflər olsun ki, bir həftədir bu vəziyyətdə olmasına baxmayaraq heç nə edə bilmədik”.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-da 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da onun üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.

Bahar RÜSTƏMLİ

AzNews.az