Bakıda ata 2 yaşlı qızını küçədə buraxıb, 3 saatdan sonra isə...

6 Noyabr 2019 10:32 (UTC+04:00)

Bakıda kişi iki yaşlı qızını küçənin ortasında qoyub gedib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Qadınlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, qeyd edib ki, həmin uşaq hazırda sığınacaqdadır:

“Bir az öncə 2 yaşlı qızcığaz sığınacağımıza polis bölməsi tərəfindən gətirilib. Bir kişi uşağı Xətai rayonu 252 saylı körpələr evinin gözətçisinin yanında qoyaraq "5 dəqiqəyə gəlirəm" deyib aradan çıxıb. Körpə sığınacağa təhvil verilib. Sənədləşdirmə zamanı naməlum şəxsdən sığınacağa zəng gəlir ki, "mən səhvən uşağı qoyub getmişəm,uşağımı istəyirəm. "İndi biri mənə desin ki, uşağı səhvən qoyub getmək necə olur? Körpəni belə şərəfsizlərə necə vermək olar? Sübut eləsin görüm uşaq nə səbəbə gözətçinin yanına qoyulur və 3 saatdan sonra yadına düşür ki, "səhv" yerə aparılıb”.

Bahar RÜSTƏMLİ

AzNews.az