Serbiya prezidentindən ABŞ-ı qıcıqlandıran açıqlama - "S-400-lər olan yerdə nə ABŞ..."

6 Noyabr 2019 10:48 (UTC+04:00)

Serbiya prezidenti Aleksandr Vuçiç serb hakimiyyətinin Rusiyadan S-400 zenit raket kompleksləri almayacağını açıqlayıb.

Bu barədə TASS yazıb.

Vuçiç bu rus silahının olduqca “təsirli” olduğunu qeyd edib.

“Belə silahınız olanda daha heç kim sizə hücum etmir. S-400-lər olan yerdə nə ABŞ, nə də başqa ölkənin pilotları uçur”, - Vuçiç bildirib.

Onun sözlərinə görə, Serbiya magistral yolların çəkilməsi və çoxsaylı layihələr üçün böyük vəsait xərcləyir, belə olanda halda isə Belqradın S-400 almağa pulu qalmır. (Axar.az)

AzNews.az