Kamera ilə gizlicə qadınların donlarının altını çəkdi, nəticədə... - Metroda dəhşət

6 Noyabr 2019 11:28 (UTC+04:00)

Sinqapurda metro stansiyasında gizlicə qadınların donlarının altına baxan 46 yaşlı kişi ölüb.

Gizli kamera ilə qadınları çəkən təcavüzkar sərnişinlərin diqqətini cəlb edib.

O, qaçmağa çalışdıqda isə beş nəfər onun arxasınca düşüb. Onu stansiyadan təxminən 500 metr aralıda yaxalamağa müvəffəq olublar.

Polis hadisə yerinə gələndə artıq kişinin nəbzi itmiş olub. Təcili yardım gələnə qədər polis süni tənəffüs və ürək masajı etsə də, onu xilas etmək mümkün olmayıb. Konkret səbəb isə göstərilməyib.

Onu təqib edənlərdən biri ifadəsində təcavüzkarı sadəcə saxlayaraq, polisə təhvil vermək istədiklərini və onu boğmadıqlarını bildiriblər. (Oxu.az)

AzNews.az