Ayxan Mamayevin vəziyyəti necədir? – Çempion danışdı

6 Noyabr 2019 13:14 (UTC+04:00)

Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayevin vəziyyəti hazırda yaxşıdır.

Bu barədə “Qafqazinfo”ya idmançının özü məlumat verib.

O bildirib ki, heç bir əməliyyat olmadı, artıq vəziyyəti normallaşıb: “Müalicə ilə vəziyyətim yaxşılaşdı. Heç bir əməliyyata ehtiyac olmadı. Tezliklə daha da yaxşı olacağam”.

AzNews.az