BŞİH Müsavatın təyin etdiyi mitinqə razılıq verdi - Rəsmi

6 Noyabr 2019 15:36 (UTC+04:00)

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

AzNews.az xəbər verir ki, BŞİH qurumun müraciətinə baxıb və nəzərdə tutulan mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Məsələ ilə bağlı mitinqin təşkilatçıları məlumatlandırılıb.

Bahar

AzNews.az