Putin unikal silahın məqsədini açıqladı

6 Noyabr 2019 16:11 (UTC+04:00)

Prezident Vladimir Putin Rusiyanın dünyada analoqu olmayan silaha malik olduğunu, lakin onunla heç kimi təhdid etməyəcəyini bildirib. Onun sözlərinə əsasən, silahın vəzifəsi yalnız təhlükəsizliyi təmin etməkdən ibarətdir.

AzNews.az RİA “Novosti”yə istinadən məlumat verir ki, bu barədə RF lideri ali zabitlər və prokurorlarla görüşü zamanı deyib.

V.Putin qeyd edib ki, Rusiya ordusu və donanması özünün yüksək hazırlığınə sübut edib və ölkə özünün müdafiə potensialını inkişaf etdirməyi, eləcə də digər ölkələrdə olmayan hipersəs, lazer və digər silah sistemlərini döyüş hazırlığına gətirməyi planlaşdırır.

AzNews.az