Bakıda dəmir yolu xəttinin yaxınlığında yanğın

20 May 2013 13:35 (UTC+04:00)



APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ağaclıq ərazidə 100 kvadrat metr sahəni əhatə edib.

Yanğın əraziyə cəlb edilən yanğınsöndürənlər tərəfindən söndürülüb. Dəmir yolu xəttinin elektrik naqilləri yanğından mühafizə olunub.

Yanğına ərazidən keçən təbii qaz xəttində yaranan qaz sızmasının səbəb olduğu bildirilir.

AzNews.az