İran Xarici İşlər naziri Azərbaycana gələcək

20 May 2013 13:50 (UTC+04:00)



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və iranlı həmkarı Əli Əkbər Salehi arasında telefon danışığı zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Məmmədyarov Salehini Azərbaycana səfərə dəvət edib.

AzNews.az