“Beşiktaş” Portuqaliyaya baş məşqçisiz gedib

6 Noyabr 2019 21:38 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Braqa"nın qonağı olacaq "Beşiktaş" Portuqaliyaya baş məşqçisi Abdullah Avcını aparmayıb.

Buna səbəb 56 yaşlı mütəxəssisin ağır qripə yoluxması olub. Müalicə olunması üçün türkiyəli çalışdırıcı İstanbulda saxlanılıb. Səhhətində müsbət irəliləyiş olsa, o, sabah Portuqaliyaya yollanacaq.

Qeyd edək ki, "Braqa" - "Beşiktaş" matçı sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.(qafqazinfo.az)

AzNews.az