İran Fordoda uranın zənginləşdirilməsinə başladı

7 Noyabr 2019 09:57 (UTC+04:00)

İran Fordoda nüvə obyektində uranın zənginləşdirilməsinə başlayıb.

AzNews.az bildirir ki, bu barədə İranın Atom enerjisi təşkilatı məlumat yayıb.

“Fordoda uranın zənginləşdirilməsi və təkrar istehsalı başladı”, - məlumatda deyilir.

Qeyd edilir ki, proresi Atom enerjisi üzrə Beynəlxalq Agentlik izləyir.

Bütün hazırlıq işlərinin zənginləşdirmə prosesi işə salınana qədər bitdiyi bildirilir.